Qida Təhlükəsizliyi Agentliyinin balansına 11 laboratoriya veriləcək

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Leqal.info "Report"a istinadən xəbər verir ki, sərəncama əsasən, İqtisadiyyat Nazirliyinin balansından iki, Kənd Təsərrüfatı Nazirliyinin balansından səkkiz, Səhiyyə Nazirliyinin balansından bir laboratoriya Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin balansına verilir.

Nazirlər Kabinetinə və Qida Təhlükəsizliyi Agentliyinə bu sərəncamdan irəli gələn vəzifələrin həll edilməsi tapşırılıb.скачать dle 10.6фильмы бесплатно
26-01-2018, 19:33
Baxıs: 12 811
Reyting: