Paytaxtda orta aylıq maaş 8,3% artıb

2017-ci ilin yanvar-iyun aylarında Bakı şəhərində sənayedə çalışan muzdlu işçilərin orta siyahı sayı 97,7 min nəfər təşkil edib.

Bakı Şəhər Statistika İdarəsindən "APA-Economics"ə verilən məlumata görə, onların 26,7 min nəfəri mədənçıxarma, 48,1 min nəfəri emal, 9 min nəfəri elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 13,9 min nəfəri isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında çalışıb.

2017-ci ilin yanvar-iyun aylarında sənayedə işləyənlərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,3% artaraq 1481,1 manata çatıb. Əmək haqqı mədənçıxarma sənayesində 12,6%, emal sənayesində 5,5%, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 12,9%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,4% artıb.

Leqal.infoскачать dle 10.6фильмы бесплатно
6-09-2017, 12:00
Baxıs: 480
Reyting: