ARDNF bu il hərraclarda 2,2 mlrd. dollar satıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) avqust ayı ərzində valyuta hərraclarında satdığı vəsaitin həcmini açıqlayıb.

ARDNF-nin İctimaiyyətlə əlaqələr departamentindən "APA-Economics"ə verilən məlumata görə, ötən ay Fond tərəfindən valyuta hərraclarında 292,6 mln. dollar məbləğində vəsait satılıb.

Cari ilin iyul ayında keçirilən valyuta hərraclarında ARDNF 253,2 mln. dollar satıb. Beləliklə, iyun ayı ilə müqayisədə avqustda Fond tərəfindən satılan valyutanın həcmi 15,56% artıb.

Ümumilikdə, yanvar-avqust ayları ərzində ARDNF valyuta hərraclarında 2 mlrd. 233,52 mln. dollar satıb.

Qeyd edək ki, 2016-cı ildə ARDNF tərəfindən valyuta hərraclarında 4,9 mlrd. dollar satılıb ki, bu da 2015-ci illə müqayisədə 37,5% azdır.

Leqal.infoскачать dle 10.6фильмы бесплатно
5-09-2017, 14:22
Baxıs: 402
Reyting: