Prezident Cəlilabadın 23 kəndini birləşdirən yolun açılışında iştirak edib

Bu gün Cəlilabad rayonuna səfəri çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev əsaslı şəkildə yenidən qurulan Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun açılışında iştirak edib.

APA-nın məlumatına görə, bu avtomobil yolu 2017-ci ildə ölkədə icra ediləcək "40 yol layihəsi" çərçivəsində "Azəravtoyol" ASC tərəfindən müasir səviyyədə yüksək keyfiyyətlə və texnoloji ardıcıllıqla yenidən qurulub.

"Azəravtoyol" ASC-nin sədri Saleh Məmmədov dövlət başçısına məlumat verib ki, 20 min nəfər əhalinin yaşadığı 23 kəndi birləşdirən bu yolun ümumi uzunluğu 21,2 kilometrdir. Dördüncü texniki dərəcəyə uyğun yolun eni 6 metrdir. İki hərəkət zolaqlı avtomobil yolunun yenidən qurulması zamanı müxtəlif diametrli suötürücü borular quraşdırılıb, müxtəlif yol nişanları və göstərici lövhələr qoyulub. Bu layihənin icrası yolboyu yerləşən yaşayış məntəqələrinin sakinlərinin sosial məsələlərinin həllinə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinə, həmçinin yük və sərnişin daşımasının xeyli yaxşılaşmasına töhfə verəcək.

Prezident Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsib.

Sonda xatirə şəkli çəkdirilib.

Leqal.infoскачать dle 10.6фильмы бесплатно
2-09-2017, 15:24
Baxıs: 511
Reyting: