DGK: Azərbaycan-Rusiya sərhədində avtomobillərin sıxlığı müşahidə olunmayıb
Dövlət Gömrük Komitəsi (DGK) Azərbaycan-Rusiya sərhədində avtomobillərin sıxlığının yaranmasına dair məlumatlara münasibət bildirib.
Komitənin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, həmin məlumatlar həqiqətə uyğun deyil. Belə ki, 27-28 avqust tarixlərində Rusiya Federasiyası ilə sərhəddə yerləşən sərhəd-keçid məntəqələrində avtomobillərin sıxlığı müşahidə olunmayıb: "Qeyd edilən tarixlərdə bütün nəqliyyat vasitələrinin qanunvericiliyə uyğun olaraq maneəsiz şəkildə sərhədi keçmələri təmin edilib və hazırda da Rusiya Federasiyası ilə sərhəddə yerləşən gömrük-keçid məntəqələri gündəlik iş rejimində fəaliyyət göstərir". Leqal.info |
XƏBƏR LENTİ
Bu gün, 11:20
Bu gün, 11:15
Bu gün, 11:15
Bu gün, 11:15
Bu gün, 11:15
Bu gün, 11:15





































