Bu rayonda mal ətinin maya dəyəri 2 manatdır
Ötən il Azərbaycanda 5 milyon 879 min 200 kiloqram mal-qara əti satılıb.
Pravda.az Yeniavaz.com-a istinadla məlumat verir ki, satılan mal ətinin maya dəyəri 25 milyon 122 min 700 manat olub. Açıqlanan rəsmi məlumatlara istinadən aparılan hesablama göstərir ki, 1 kiloqram mal ətinin maya dəyəri 4 manat 27 qəpik olub. Məlumat üçün bildirək ki, mal ətinin maya dəyərinin ən yüksək olduğu rayon İsmayıllı rayonu olub. İsmayıllıda 1 kiloqram mal ətinin maya dəyəri 9 manat 58 qəpik təşkil edib. Mal ətinin maya dəyərinin ən aşağı olduğu rayon isə Şəmkir rayonu olub. Bu rayonda 1 kiloqram mal ətinin maya dəyəri 2 manat 7 qəpik təşkil edib. Onu da bildirək ki, ötən il işğaldan azad olunan rayonlar arasından yalnız Qubadlıda mal əti satışı olub və bu rayonda 1 kiloqram mal ətinin maya dəyəri 3 manat 24 qəpik təşkil edib. Tarix: 9 İyun 2024, 16:06 |
XƏBƏR LENTİ
Bu gün, 13:39
Bu gün, 13:30
Bu gün, 13:28
Bu gün, 11:16
Dünən, 12:05
Dünən, 12:05



































