Gigiyenik məhsulların da QİYMƏTİ BAHALAŞDI
2 həftədir ki, gigiyenik məhsulların qiymətində artım müşahidə olunur.
Alıcılar deyir ki, son 1 il ərzində bu vasitələrin qiyməti artan templə gedirdi. 15 gün ərzində isə sabun, şampun, yuyucu toz, dezodorant və bu kimi məhsullar yenə, 20 qəpik – 1 manat civarında bahalaşıb. Sözügedən məhsulların bahalaşmasını satıcılar da təsdiq edir. Onların sözlərinə görə, buna səbəb məhsulların gətirildiyi firmanın yeni qiymətlər müəyyənləşdirməsidir. İqtisadçı ekspert Eyyub Kərimli gigiyenik məhsulların qiymət artımını 2 səbəblə əlaqələndirib. Sözügedən tendensiyanın hələ bir müddət davam edəcəyi ehtimal edilir. |
XƏBƏR LENTİ
Dünən, 10:47
Dünən, 10:40
Dünən, 10:31






