Bu marşrutda gedişhaqqı 20 qəpik ARTIRILDI - RƏSMİ AÇIQLAMA

Bu marşrutda gedişhaqqı 20 qəpik ARTIRILDI - RƏSMİ AÇIQLAMA

Tarif Şurasının qərarına əsasən, fevralın 3-dən ictimai nəqliyyatda gedişhaqqı 10 qəpik artırılsa da Sumqayıtda fəaliyyət göstərən 12 nömrəli avtobus marşrutunda qiymət 20 qəpik artırılıb.

Gedişhaqqının 50 qəpik olması ilə bağlı 12 saylı marşrut üzrə xidmət göstərən avtobuslarda elan da yerləşdirilib.

Qeyd edək ki, 12 saylı xətdə xidmət göstərən avtobuslar Corat qəsəbəsindən Stansiya Sumqayıt adlanan əraziyə və əks istiqamətdə sərnişindaşıma ilə məşğuldur.
Marşrut xəttində qiymətlərin 20 qəpik artırılması sərnişinlərin narazılığına səbəb olub.

Məsələ ilə bağlı “Sumqayıt Nəqliyyat” MMC-dən bildirilib ki, 12 saylı marşrutda gedişhaqqı məsafədən asılı olaraq dəyişir Belə ki, şəhər daxilində istənilən məsafəyə gedişhaqqı 40 qəpikdir. Amma şəhərdən kənara çıxdıqda və məsafə 15 km-i ötdükdə qiymət 50 qəpik təşkil edir.

Qurumdan deyilib ki, 12 saylı marşrutun uzunluğu 33 km-dir və xəttin bir hissəsi şəhərdən kənara düşür. Buna görə də, Tarif Şurasının qərarına uyğun olaraq bu marşrutda 40 və 50 qəpiklik 2 fərqli gedişhaqqı tətbiq olunur.//Sfera.azскачать dle 10.6фильмы бесплатно
3-02-2023, 11:59
Baxıs: 158
Reyting: