Neft qiymətləri OPEC iclası öncəsi bahalaşmağa davam edir
OPEC iclası öncəsi dünya bazarında “qara qızıl”ın qiyməti bahalaşmağa davam edir.
Leqal.info xəbər verir ki, Brent markalı neftin fevral fyuçerslərinin qiyməti 2,80% bahalaşaraq bir barelə görə 53,25 dollar olub. WTI markalı neftin oktyabr fyuçerslərinin qiyməti isə 2,64% artaraq bir barelə görə 49,80 dollara yüksəlib. Qeyd edək ki, bu gün OPEC+ ölkələri Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) növbəti iclası baş tutacaq. İclasda üzv ölkələr neft hasilatı kvotasının gündəlik 2 milyon barrel artırılmasını müzakirə edəcəklər. |
XƏBƏR LENTİ
Dünən, 08:01
Dünən, 07:59
Dünən, 07:57
Dünən, 07:51
Dünən, 07:36





































