Azərbaycanda internetə məhdudiyyət götürülüb

Azərbaycanda internetin verilişinə tətbiq edilmiş müvəqqəti məhdudiyyət aradan götürülüb.

"Leqal.info" xəbər verir ki, məhdudiyyətin aradan qaldırılması işğaldan azad olunmuş və keçmiş cəbhəyanı ərazilərə hələlik şamil edilmir.

11 noyabr 20:00
Ermənistan Respublikası tərəfindən törədilən genişmiqyaslı təxribatların, kiberinsidentlərin qarşısının alınması məqsədilə ölkəmizdə internetin verilişinə tətbiq edilmiş müvəqqəti məhdudiyyət, işğaldan azad olunmuş və keçmiş cəbhəyanı ərazilər istisna olmaqla aradan götürülür.

"Leqal.info" bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən xəbər verir.

Xatırladaq ki, nazirlik 27 sentyabr 2020-ci il tarixindən ölkə üzrə internetin verilməsində məhdudiyyətlər tətbiq etmişdi.скачать dle 10.6фильмы бесплатно
12-11-2020, 14:07
Baxıs: 29 100
Reyting: