Bakı bulvarının 160 min manatdan çox vergi borcu var?
Dənizkənarı Bulvar İdarəsinə məxsus “Dənizkənarı Milli Park” MMC-nin dövlət büdcəsinə borcu məlum olub.
“Leqal.info” vergi bazasına istinadən xəbər verir ki, bu günə Bakı bulvarının 160 254 manat vergi borcu var. Xatırladaq ki, sözügedən kommersiya qurumu 2008-ci ildən fəaliyyət göstərir. Məsələ ilə bağlı "Report"a açıqlama verən "Dənizkənarı Milli Park"ın direktoru Faiq Əliyev isə bildirib ki, onların büdcəyə borcu yoxdur, əksinə 35 min manat əlavə vergi ödəyiblər: "Sadəcə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin sistemi texniki xəta ilə əlaqədar bizim vergi borcumuzun olduğunu göstərir". |
XƏBƏR LENTİ
Dünən, 08:01
Dünən, 07:59
Dünən, 07:57
Dünən, 07:51
Dünən, 07:36





































