Dövlət Vergi Xidməti maliyyə dəstəyi ilə bağlı vergi ödəyicilərinə yanlış SMS-lər göndərməyib

Dövlət Vergi Xidməti (DVX) fərdi (mikro) sahibkarlığa dövlət dəstəyinin göstərilməsi tədbirləri çərçivəsində bəzi sahibkarlara səhvən təkrar SMS-lərin göndərilməsi ilə bağlı məsələyə münasibət bildirib.

Xidmətdən “Leqal.info”ya bildirilib ki, fərdi (mikro) sahibkarlıq subyektlərinə maliyyə dəstəyi və göndərilən SMS-lər üzrə məlumat bazalarının araşdırılması zamanı belə bir halların mövcudluğu təsdiqini tapmayıb.

Məlumat üçün qeyd edilməlidir ki, fərdi (mikro) sahibkarlıqla məşğul olan vergi ödəyiciləri yalnız bir dəfə maliyyə dəstəyi üçün müraciət edə bilərlər və müraciətləri təsdiq olunduğu halda, onlara məxsus elektron kabinetə müvafiq bildiriş və vergi orqanlarında qeydiyyata alınmış telefon nömrələrinə məlumatlandırıcı SMS göndərilir.скачать dle 10.6фильмы бесплатно
20-05-2020, 18:23
Baxıs: 24 412
Reyting: