Rusiyada koronavirus qorxusu sarımsağı
Rusiyada sarımsağın qiyməti kəskin artıb.
"Leqal.info" bu barədə yerli mətbuata istinadən xəbər verir. Məlumata görə, əgər yanvar ayında Rusiyada 1 kiloqram sarımsağı 230-235 rubla almaq mümkün idisə, hazırda qiymət 260-270 rubl civarındadır. Son 1 ildə isə qonşu ölkədə sarımsaq 30-40% bahalaşıb. Ekspertlər hesab edirlər ki, mövcud vəziyyət sarımsaq qıtlığı ilə bağlı deyil. Çində yayılmış koronavirusun Rusiyaya keçmək təhlükəsi bu məhsula tələbatı kəskin artırıb. |
XƏBƏR LENTİ
Bu gün, 16:36
Bu gün, 14:39
Bu gün, 13:15






