Sumqayıt kimya-sənaye parkının rezidenti polietilen istehsalını artıracaq
Sumqayıt kimya-sənaye parkının rezidenti "SOCAR Polymer" polietilen istehsalını artıracaq.
Bunu Trend-ə məlumatlı mənbə bildirib. Mənbənin məlumatına əsasən, "SOCAR Polymer" şirkəti növbəti üç il ərzində yüksək sıxlıqlı polietilen istehsalında tam gücə çatacaq. 2019-cu ilin yekunlarına görə, şirkətin zavodlarında 48,2 min tondan çox polietilen və 100 min tondan çox polipropilen istehsalı planlaşdırılır. İlkin proqnozlara əsasən "SOCAR Polymer" zavodunda polietilen istehsalı 2020-ci ildə 97,4 min ton (2019-cu illə müqayisədə 2 dəfə çox), 2021-ci ildə 110 min ton (2020-ci illə müqayisədə 12,9 faiz çox), 2022-ci ildə 115 min ton (2021-ci illə müqayisədə 4,5 faiz çox), 2023-cü ildə 120 min ton (2022-ci illə müqayisədə 4,3 faiz artım) təşkil edəcək. 2023-cü ildə zavodun polietilen istehsalında tam gücünə çatacağı və 2019-cu illə müqayisədə 2,5 dəfə artımın olacağı gözlənilir. Eyni zamanda, 2023-cü ildə polipropilen istehsalında 2019-cu illə müqayisədə 52 faiz artımın olacağı gözlənilir. |
XƏBƏR LENTİ
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
23-04-2024, 08:57
23-04-2024, 08:57
23-04-2024, 08:57
23-04-2024, 08:57