Azərbaycan və Rusiya innovasiyalar sahəsində əlavə yol xəritəsi hazırlayacaq
Azərbaycan və Rusiya innovasiyalar sahəsində əlavə yol xəritəsi hazırlayacaq.
Leqal.info-nun məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Moskvada X Rusiya-Azərbaycan regionlararası forumunda deyib. Nazir bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə Rusiyanın Baş naziri Dmitri Medvedev arasındakı görüş zamanı innovasiya və texnologiyalar sahəsini əhatə edəcək yol xəritəsinin hazırlanması barədə razılıq əldə olunub: “Azərbaycanla Rusiya arasında ikitərəfli əməkdaşlığın vacib istiqamətlərindən biri energetikadır. Rusiya şirkətləri Azərbaycanın neft-qaz sektorunda uğurla işləyir. “Şimal-Cənub” beynəlxalq dəhlizinin yaradılması üçün işlər aparılır. Biz bu dəhlizin inkişafı üçün böyük səy göstəririk. Eyni zamanda “Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizi uğurla işləyir. Azərbaycanda nəqliyyat, dəmiryol sisteminin inkişafına böyük həcmdə investisiyalar qoyulur”. |
XƏBƏR LENTİ
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
23-04-2024, 08:57
23-04-2024, 08:57
23-04-2024, 08:57
23-04-2024, 08:57