"Bakı Metropoliteni" Rusiyadan yeni vaqonların alınmasına dair müqavilə imzalayıb

"Bakı Metropoliteni" Rusiyanın ”Transmaşholdinq” QSC-nin şirkətlər qrupuna daxil olan “Metrovaqonmaş” ASC ilə imzalanmış müqavilə barədə məlumat yayıb.

Leqal.info "Report"a istinadən xəbər verir ki, məlumatda bildirilir ki, müqaviləyə əsasən, il ərzində Rusiya şirkəti Bakı metrosu üçün, ümumilikdə, 20 vaqondan ibarət 4 qatar tərkibi istehsal edəcək: "Beləliklə, 3 il ərzində zavodda metropoliten üçün 60 müasir tipli vaqon və yaxud 12 qatar tərkibi hazırlanacaq. Bununla "Bakı Metropoliteni"ndə istismar müddətini başa vuran vaqonlar xətdən çıxarılaraq yeniləri ilə əvəzlənəcək.

İstehsal olunacaq 81-765.B/766.B modelli vaqonlar innovasiyalar baxımından ən müasir - 4-cü nəslə mənsubdur və sifarişçinin təklif etdiyi texniki şərtlər əsasında hazırlanacaq.

Qeyd edək ki, “Metrovaqonmaş” vaqon təchizatı sahəsində Bakı metropoliteninin uzunmüddətli tərəfdaşıdır. Müəssisə 1967-ci ildən Bakı metropolitenini vaqonlarla təmin edir və hazırda vaqon parkı 305 vaqondan ibarətdir.

"Metrovaqonmaş" 2015-ci ildən Bakı metropolitenini yalnız sonuncu nəsil vaqonları ilə təchiz edir. Həmin il 81-760.B/761.B/763.B tipli 15 vaqon, 2018-ci ildə isə 81-765/766 tipli 10 vaqon alınmışdı. Cari il Rusiyadan gətirilmiş vaqonların sayı əvvəlki üç ildən daha çox olub. 2019-cu ildə alınmış 30 vaqonla metropolitenin lokomotiv parkı 55 müasir tipli vaqondan ibarət 11 qatar tərkibi ilə yenilənib.

Yeni tipli qatarlarda vaqondan-vaqona birbaşa keçid var. Qapıların daha enli olması sərnişinlərin vaqonlara daxil olub-çıxmasını, eləcə də qatar boyunca bərabər paylanmasını təmin edir.

Vaqonların konstruksiyası səs-küy və istilik izolyasiyası, elektrik enerjisinə qənaət edən müasir işıqlanma və orjinal qrafikalı informasiya sistemləri, habelə Bakı metropoliteninin texniki şərtləri əsasında yerli iqlim şəraitini nəzərə alan mikroiqlim nəzarəti, o cümlədən kondisioner və ventilyasiya sistemləri ilə təchiz olunub. Sərnişinlərin elektron qurğuları doldurması üçün USB portlar, baş vaqonlarda əlil arabaları və əl yükü üçün yerlərinin quraşdırılması da nəzərdə tutulub.

Bütün bunlarla yanaşı, Bakı metropoliteni üçün istehsal olunacaq vaqonlarda qarşıdakı müddətdə "Transmaşholdinq" şirkətinin vaqon istehsalı ilə bağlı həyata keçirəcəyi yeniliklər də xüsusi nəzərə alınacaq".

***16:02

Moskvada "Bakı Metropoliteni" QSC Rusiyanın ”Transmaşholdinq” QSC-nin şirkətlər qrupuna daxil olan “Metrovaqonmaş” ASC ilə müqavilə imzalayıb.

"Report"un Rusiya bürosunun verdiyi xəbərə görə, müqaviləni Azərbaycan tərəfdən "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynov, Rusiya tərəfindən isə "Metrovaqonmaş" ASC-nin baş direktoru Boris Boqatıryov imzalayıb.

Müqavilə "Bakı Metropoliteni" QSC-yə 765 seriyalı innovativ üstünlüklərə malik olan metro vaqonlarının tədarükünü nəzərdə tutur.

Qeyd edək ki, 2019-cu ildə "Bakı Metropoliteni" “Metrovaqonmaş” ASC-dən 30 yeni vaqon yaxud 6 qatar alıb. Sovet dövründə Bakı metropoliteninin yeganə vaqon təminatçısı olan “Metrovaqonmaş” şirkəti 2015-ci ilin aprel ayında “Transmaşholdinq” QSC-nin bloklayıcı paketinin sahibi Fransanın “Alstom” şirkəti ilə əməkdaşlıq çərçivəsində Bakı metropolitenini texniki innovasiyalar baxımından 4-cü nəslə mənsub və hər biri 5 vaqondan ibarət 81-760.B/761.B/763.B modelli 3 yeni qatarla təchiz etmişdi.
"Bakı Metropoliteni" Rusiyadan yeni vaqonların alınmasına dair müqavilə imzalayıb
"Bakı Metropoliteni" Rusiyadan yeni vaqonların alınmasına dair müqavilə imzalayıb скачать dle 10.6фильмы бесплатно
21-10-2019, 18:32
Baxıs: 49 961
Reyting: