Seninem.Az > İdman / Manşet Yuxarı / Manşet Sağ > Azərbaycan millisinin heyəti açıqlandı

Azərbaycan millisinin heyəti açıqlandı


Tarix: 13-07-2023, 14:43. Müəllif: admin2
Azərbaycan millisinin heyəti açıqlandı

Voleybol üzrə Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb.

Yığmanın baş məşqçisi Ataman Güneyligil komandaya 17 oyunçu dəvət edib.

Qitə çempionatına avqustun 15-dən sentyabrın 3-dək Belçika, İtaliya, Almaniya və Estoniya ev sahibliyi edəcək. Azərbaycan millisi Çexiya, Almaniya, Yunanıstan, İsveç və Türkiyə ilə birlikdə C qrupunda mübarizə aparacaq.

Hücumçular: Polina Rəhimova, Odina Əliyeva, Yelizaveta Ruban, Marqarita Stepanenko, Nikalina Başnakova, Ülkər Kərimova.

Blokçular: Ayşən Abduləzimova, Olena Xarçenko, Aynur İmanova, Mariya Kirilyuk, Anastasiya Mertsalova, Kseniya Pavlenko.

Oyunqurucuları: Kristina Besman, Yana Doroşenko, Şəfaqət Alışanova.

Liberolar: Yuliya Kərimova, Bəyaz Quluyeva.

Baş məşqçi: Ataman Güneyligilскачать dle 10.6фильмы бесплатно
Geri Qayıt