Azərbaycan millisinin heyəti açıqlandı

Azərbaycan millisinin heyəti açıqlandı

Voleybol üzrə Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb.

Yığmanın baş məşqçisi Ataman Güneyligil komandaya 17 oyunçu dəvət edib.

Qitə çempionatına avqustun 15-dən sentyabrın 3-dək Belçika, İtaliya, Almaniya və Estoniya ev sahibliyi edəcək. Azərbaycan millisi Çexiya, Almaniya, Yunanıstan, İsveç və Türkiyə ilə birlikdə C qrupunda mübarizə aparacaq.

Hücumçular: Polina Rəhimova, Odina Əliyeva, Yelizaveta Ruban, Marqarita Stepanenko, Nikalina Başnakova, Ülkər Kərimova.

Blokçular: Ayşən Abduləzimova, Olena Xarçenko, Aynur İmanova, Mariya Kirilyuk, Anastasiya Mertsalova, Kseniya Pavlenko.

Oyunqurucuları: Kristina Besman, Yana Doroşenko, Şəfaqət Alışanova.

Liberolar: Yuliya Kərimova, Bəyaz Quluyeva.

Baş məşqçi: Ataman Güneyligilскачать dle 10.6фильмы бесплатно
13-07-2023, 14:43
Baxıs: 87
Reyting: