Azərbaycanın 9 idmançısı Dünya Karate Federasiyasının Seriya A turnirində iştirak edəcək

Martın 1-3-dək Avstriyanın Zalsburq şəhərində Dünya Karate Federasiyasının (WKF) nüfuzlu yarışlarından Seriya A turniri keçiriləcək.

Azərbaycan Milli Karate Federasiyasından "Leqal.info"ya verilən məlumata görə, Zalsburq Arenada təşkil edilən turnirdə Azərbaycan milli komandasının əsas üzvlərindən 9 idmançı iştirak edəcək.

Kumite üzrə böyük məşqçilər Şahin Xudaverdiyev, Qurban Tağıyev və qadınların baş məşqçisi Denis Morozovun rəhbərlik etdiyi heyətdə kişilərdən Firdovsi Fərzəliyev (-60 kq), Rafiz Həsənov (-67 kq), Ayxan Mamayev (-84 kq), Şahin Atamov, Asiman Qurbanlı və Orxan Heydərli (+84 kq), qadınlardan isə Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq) və İrina Zaretska (-68 kq) yer alıb. Beynəlxalq hakim Cahangir Babayev yarışı idarə edən referilər arasında olacaq.

Karateçilərimizdən F.Fərzəliyev, Ş.Atamov, A.Qurbanlı və O.Heydərli yarışın ilk günü, R.Həsənov, A.Mamayev, N.Əliyeva, İ.Qasımova və İ.Zaretska şənbə günü mübarizəyə qatılacaq. Bütün çəki dərəcələrində mükafat görüşləri bazar günü keçiriləcək. Seria A turnirlrindən mövsümün ilk mərhələsində rekord sayda, 99 ölkədən 2057 karateçi iştirak edir.скачать dle 10.6фильмы бесплатно
1-03-2019, 07:15
Baxıs: 41 661
Reyting: