Azərbaycan Gimnastika Federasiyası öz işini çox yüksək səviyyədə görür

Azərbaycanda gimnastikanın bütün növləri sürətlə inkişaf edir və idmanın bu növü ölkədə çox populyarlaşıb.

Bunu Trend-ə açıqlamasında Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Xəzər İsayev deyib.

Onun sözlərinə görə, Azərbaycan Gimnastika Federasiyası öz işini çox yüksək səviyyədə görür:

"Ölkədə beynəlxalq yarışların keçirilməsindən danışarkən qeyd etməliyik ki, Azərbaycan Gimnastika Federasiyası uzun illərdir ki ən yüksək səviyyədə irimiqyaslı tədbirlər təşkil edir".

MOK-un vitse-prezidenti bildirib ki, Bakıda ilk dəfə keçirilən akrobatika gimnastikası üzrə Dünya Kubokuna ictimaiyyətin böyük diqqəti var:

"Biz zalda xeyli sayda tamaşaçı görürük, onlar yarışları böyük məmnuniyyətlə izləyir və idmançılara fəal şəkildə azarkeşlik edirlər. Bakıda akrobatika gimnastikası üzrə Dünya Kuboku dünya standartlarına uyğun olaraq çox yüksək səviyyədə keçirilir".

Qeyd edək ki, Bakıda ilk dəfə olaraq akrobatika gimnastikası üzrə Dünya Kuboku keçirilir. Milli Gimnastika Arenasında iki gün davam edəcək yarışlarda 2003-cü il təvəllüdlü və daha böyük gimnastlar kişi cütlüyü, qadın cütlüyü, qarışıq cütlük, qadın qrupu və kişi qrupu tərkibində mübarizə aparırlar.скачать dle 10.6фильмы бесплатно
17-11-2018, 18:15
Baxıs: 41 672
Reyting: