Braziliya ilk qələbəsini çətinliklə qazandı
Rusiyada keçirilən futbol üzrə dünya çempionatında qrup mərhələsinin II turunun oyunları davam edir.
Trend-in məlumatına görə, E qrupunda Braziliya və Kosta Rika yığmaları qarşılaşıblar. İlk hissə qolsuz bərabərə qalıb. İkinci hissədə braziliyalı futbolçuların çoxsaylı hücumları yalnız 90+1-ci dəqiqədə nəticə verib - Koutinyo fərqlənib. Əlavə olunmuş 7-ci dəqiqədə isə Neymar son nöqtəni qoyub - 2:0. Beləliklə, Braziliya 2 oyundan 4 xal qazanıb. Serbiya millisi 1 oyundan 3 xalla ikincidir. |
XƏBƏR LENTİ
Dünən, 08:01
Dünən, 07:59
Dünən, 07:57
Dünən, 07:51
Dünən, 07:36





































