Bakıda Formula 1 pilotlarının start düzülüşü müəyyənləşdi

İlk xəbər saat 17:00-da yayılıb

Bu gün Bakıda Formula 1 pilotlarının təsnifat mərhələsi başa çatıb.

Trend-in məlumatına görə, bu mərhələnin nəticəsi olaraq sabah təşkil olunacaq əsas yarışda pilotların sıralaması aşağıdakı kimi müəyyənləşib:

1. Sebastian Fettel - 1:41.498 ("Ferrari")
2. Lyuis Hemilton - 1:41.677 ("Mercedes")
3. Valtteri Bottas - 1:41.837 ("Mercedes")
4. Daniel Rikkiardo - 1:41.911 ("Red Bull Racing")
5. Maks Ferstappen - 1:41.994 ("Red Bull Racing")
6. Kimi Raykonnen - 1:42.490 ("Ferrari")
7. Esteban Okon - 1:42.523 ("Force India")
8. Serxio Peres - 1:42.547 ("Force India")
9. Niko Hülkenberq - 1:43.066 ("Renault")
10. Karlos Sayns - 1:43.351 ("Renault")
11. Lens Stroll - 1:43.585 ("Williams")
12. Sergey Sirotkin - 1:43.886 ("Williams")
13. Fernando Alonso - 1:44.010 ("McLaren")
14. Şarl Lekler - 1:44.074 ("Sauber")
15. Kevin Maqnussen - 1:44.759 ("Haas")
16. Stoffel Vandorn - 1:44.489 ("McLaren")
17. Pyer Qasli - 1:44.496 ("Toro Rosso")
18. Markus Eriksson - 1:45.541 ("Sauber")
19. Brendon Hartli - 1:57.354 ("Toro Rosso")
20. Romen Qrojan --- ("Haas")

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisində “Renault” komandasının almaniyalı pilotu Niko Hülkenberq mühərrik dəyişikliyi ilə əlaqədar beş mövqe cəzalandırılıb. N.Hülkenberq 3-cü sərbəst yürüş zamanı pit-stop həyata keçirərkən komanda texniki qüsurlarla əlaqədar mühərriki dəyişməli olub. Formula 1 qaydalarına əsasən bir mühərrik azı 6 mərhələdə istifadə olunmalıdır. Bununla əlaqədar olaraq N.Hülkenberqə cəza verilib. Beləliklə, təsnifat mərhələsində tutacağı yerdən asılı olmayaraq, alman pilot yarışa 5 mövqe geridən başlayacaq.

X X X

17:00

Bakıda Formula 1 pilotlarının sıralama turu başlayıb.

Trend-in məlumatına görə, təsnifat mərhələsində "Mercedes" komandasının heyətində Lyuis Hemilton və Valtteri Bottas, "Ferrari"də Sebastian Fettel, Kimi Raykonnen, "Williams"ın heyətində Sergey Sirotkin və Lens Stroll yarışırlar. "Red Bull Racing" komandasında Daniel Rikkardo, Maks Ferstappen, "Force India"da Esteban Okon və Serxio Peres, "Renault"da isə Niko Hülkenberq ilə Karlos Sayns mübarizə aparırlar. Bundan başqa, "Toro Rosso"nun heyətində Brendon Hartli və Pyer Qasli, "Sauber"də Markus Eriksson, Şarl Lekler, "McLaren"də Fernando Alonso və Stoffel Vandorn iştirak edirlər. Pilotlar Romen Qrojan və Kevin Maqnussen isə "Haas" komandalarının idman şərəfini qoruyurlar.

Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun – Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur.

Xatırladaq ki, aprelin 27-də Bakıda 2018 Formula 1 dünya çempionatının 4-cü mərhələsi - Azərbaycan Qran Prisi başlayıb. Aprelin 29-da isə qalib müəyyənləşəcək.скачать dle 10.6фильмы бесплатно
28-04-2018, 18:10
Baxıs: 44 319
Reyting: