"Qarabağ"ın futbolçularından kimlər Top-5 liqalarda oynaya bilər? - Xabi Alonso AÇIQLADI

"Bayer 04"ün baş məşqçisi Xabi Alonso "Qarabağ"a qarşı oyundan (2:2) sonra jurnalistlərin suallarını cavablandırıb.

Offsideplus.az xəbər verir ki, alman mütəxəssis "- "Qarabağ"la üç oyun oynamısız. Sizcə, "Qarabağ"ın hansısa futbolçusu top liqalarda oynayacaq potensiala malikdir?" sualına aşağıdakı cavabı verib:

"Çox yaxşı, keyfiyyətli oyunçular var. Bəziləri Bundesliqada oynaya bilər. "Qarabağ"ın özü də Bundesliqada oynaya bilər. Amma oyunçuların adını isə çəkmək istəmirəm".

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu 1 həftə sonra Leverkuzendə keçiriləcək.
скачать dle 10.6фильмы бесплатно
14-03-2024, 13:54
Baxıs: 848
Reyting: