2 idmançımız dünya çempionu oldu
Azərbaycanın iki yunan-Roma güləşçisi Türkiyənin İstanbul şəhərində keçirilən U-17 dünya çempionatında qızıl medal qazanıb.
45 kq-da Turan Daşdəmirov və 60 kq-da Roman Kərimov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Daşdəmirov finalda rusiyalı Rüstəm Abatsiyevə xalların keyfiyyətinə (4:4) görə qalib gələrək dünya çempionu olub. Kərimov isə həlledici görüşdə gürcüstanlı Saba Surmanidzeni məğlub edib. 92 kq-da mübarizə aparan Mikayıl İsmayılov isə bürünc medal uğrunda qarşılaşmada iranlı Əliəkbər Aşgarivaladidən güclü olub. Daha əvvəl yunan-Roma güləşçilərindən Yusif Əhmədli (65 kq) mundialı gümüş medalla başa vurub. |
XƏBƏR LENTİ
Dünən, 19:08
Dünən, 19:02
Dünən, 17:46
Dünən, 13:39
Dünən, 13:30
Dünən, 13:28
Dünən, 11:16



































