Dünyanın ən bahalı futbol klubları – SİYAHI

Dünyanın ən bahalı futbol klubları – SİYAHI

Dünyanın ən bahalı futbol klublarının adları açıqlanıb.

Siyahıda 2023-cü ildə dünyanın ən bahalı 30 klubu yer alıb.

Məlumata görə, reytinqə “Real Madrid” başçılıq edir. Klubun dəyəri 6,07 milyard dollar qiymətləndirilir.

Belə ki, ikinci yerdə “Mançester Yunayted” – altı milyard, üçüncü yerdə “Barselona” – 5,51 milyard, dördüncü yerdə “Liverpul” – 5,29 milyard, beşinci yerdə 4,99 milyard dollarla “Mançester Siti” qərarlaşıb.

İlk onluqda isə “Bavariya” (4,86), PSJ (4,21), eləcə də “Çelsi” (3,1), “Tottenhem” (2,8) və “Arsenal” (2,26) yer alıb.

Ümumilikdə İngiltərə Premyer Liqasından (EPL) altı klub ilk 10-luğa, Şimali Amerika Baş Futbol Liqasından (MLS) isə yeddi klub ilk 30-luğa daxil olub.

Qeyd edək ki, ilk 20-liyə daxil olan klubların orta dəyəri keçən illə müqayisədə 14% artaraq 2,89 milyard dollar təşkil edib.скачать dle 10.6фильмы бесплатно
1-06-2023, 13:15
Baxıs: 115
Reyting: