Rusiyalı məşqçi koronavirusdan dünyasını dəyişdi

Qılıncoynatma üzrə rusiyalı məşqçi Valeri İlyin dünyasını dəyişib.

"Leqal.info"nun məlumatına görə, bu barədə Beynəlxalq Müasir Pentatlon Birliyinin (UIPM) rəsmi saytı xəbər yayıb.

73 yaşında vəfat edən mütəxəssisin ölümünə koronavirus infeksiyası səbəb olub.

Qeyd edək ki, qılıncoynatma üzrə idman ustası olan İlyin pentatlonda ilk rusiyalı dünya çempionu Svetlana Yakovlevanın məşqçisi olub.скачать dle 10.6фильмы бесплатно
31-05-2020, 20:45
Baxıs: 21 856
Reyting: