Güləşçilərimiz Dağıstandan bir dəst medalla qayıdıb

Dağıstanın Babayurt şəhərində sərbəst güləş üzrə yeniyetmələr arasında beynəlxalq turnir keçirilib.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, məşqçi Namiq Quliyevin rəhbərliyi altında yarışa qatılan sərbəst güləşçilərimiz bir dəst medal qazanıb. Bütün rəqiblərinə qalib gələn Ramik Heybətov (55 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Saqadulla Ağayev (92 kq) gümüş, Ayxan Mərdanov (110 kq) isə bürünc medalı boynundan asıb.скачать dle 10.6фильмы бесплатно
2-12-2019, 01:37
Baxıs: 44 514
Reyting: