Seninem.Az > Gündəm / Manşet Yuxarı / Manşet Sağ > Laçında minaya düşən şəxslərdən biri öldü - Digərinin vəziyyəti isə...

Laçında minaya düşən şəxslərdən biri öldü - Digərinin vəziyyəti isə...


Tarix: 22-10-2022, 10:34. Müəllif: admin2
Laçında minaya düşən şəxslərdən biri öldü - Digərinin vəziyyəti isə...

Ötən gün Laçın rayonunda minaya düşən şəxslərdən biri vəfat edib.
Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən Manset.az-a bildirilib ki, oktyabr 21-də Laçın rayonunun Suarası kəndində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlaması nəticəsində ağır xəsarət alan 1977-ci il təvəllüdlü Həmidov Elsəvər Sovet oğlu həlak olub.
1977-ci il təvəllüdlü Həsənov Səbuhi Telman oğlu bədənin müxtəlif nahiyələrindən qəlpə yaraları alıb, vəziyyəti qənaətbəxşdir.

ANAMA bir daha vətəndaşları təhlükəli ərazilərə daxil olmamağa, məsuliyyətli və diqqətli davranmağa çağırıb.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt