Laçında minaya düşən şəxslərdən biri öldü - Digərinin vəziyyəti isə...

Laçında minaya düşən şəxslərdən biri öldü - Digərinin vəziyyəti isə...

Ötən gün Laçın rayonunda minaya düşən şəxslərdən biri vəfat edib.
Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən Manset.az-a bildirilib ki, oktyabr 21-də Laçın rayonunun Suarası kəndində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlaması nəticəsində ağır xəsarət alan 1977-ci il təvəllüdlü Həmidov Elsəvər Sovet oğlu həlak olub.
1977-ci il təvəllüdlü Həsənov Səbuhi Telman oğlu bədənin müxtəlif nahiyələrindən qəlpə yaraları alıb, vəziyyəti qənaətbəxşdir.

ANAMA bir daha vətəndaşları təhlükəli ərazilərə daxil olmamağa, məsuliyyətli və diqqətli davranmağa çağırıb.скачать dle 10.6фильмы бесплатно
22-10-2022, 10:34
Baxıs: 425
Reyting: