Bişkekdə təhlükəsizlik tədbirləri artırılır

Qırğız Respublikasının sabiq prezidenti Almazbek Atambayevin tərəfdarlarını yerli vaxtla saat 16:00-da Bişkekdə mitinqə çağırmasından sonra paytaxtda və ətraf ərazilərdə təhlükəsizlik tədbirləri artırılır.

“Report” “24”ə istinadən xəbər verir ki, A.Atambayevin tərəfdarlarının axışdığı paytaxtda banklar və iri alış-veriş mərkəzləri bağlanır. Şəhərin mərkəzindəki qurumların əməkdaşlarını evə göndərdikləri bildirilir. Şəhər bələdiyyəsi paytaxtda iğtişaşlara və soyğunçuluq hallarına yol verilməyəcəyini açıqlayıb.

Eyni zamanda şəhər yaxınlığındakı Beş Küngey kəndindən A.Atambayevin yaşadığı Koy-Taş kəndinədək yol bağlanıb və polis qüvvələri yeridilib.

Həmçinin şəhərətrafı bəzi yaşayış məntəqələrində telefon rabitəsinin və internetin söndürüldüyü barədə məlumatlar var.скачать dle 10.6фильмы бесплатно
8-08-2019, 16:24
Baxıs: 126 525
Reyting: