Bakıda əməliyyatdan sonra ölən həkimlə bağlı nazirlikdən

Bakıda əməliyyat zamanı xəstə dünyasını dəyişib.

Leqal.info-nun Trend-ə istinadən məlumatına görə, özəl klinikaların birində həkim Sirus Qoçxani həmkarı həkim-ginekoloq olan Sona Gürgün Vəliyevanı əməliyyat edən zaman bədbəxt hadisə baş verib. Belə ki, liposaksiyadan sonra S.Gürgün dünyasını dəyişib.

Baş vermiş hadisə ilə bağlı Səhiyyə Nazirliyi Trend-ə açıqlama verib.

Qurumun mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov bildirib ki, hadisə özəl klinikada baş verdiyi üçün nazirlik bu məsələyə baxmır:

"Həmin hadisə özəl klinikada baş verib, özəl klikalar isə nazirliyin tabeçiliyində deyil".

Qeyd edək ki, estetik-cərrah Sirus Qoçxani 2017-ci ilin iyun ayında 21 yaşlı model Leyla Oruclunu da liposaksiya əməliyyatı etmişdi və gənc qız əməliyyatdan sonra dünyasını dəyişmişdi. Gənc qızın ailəsi 21 yaşlı modelin ölümündə həkim səriştəsizliyinin olduğunu iddia edirdi.
скачать dle 10.6фильмы бесплатно
29-05-2019, 12:38
Baxıs: 51 748
Reyting: