"Veysəloğlu"nun satışa çıxardığı məhsulda yad cisim aşkarlanıb

Azərbaycanda “Malyutka-2” əmtəə nişanlı uşaq qidasının distributoru "Veysəloğlu" şirkətidir.
"Report"un əldə etdiyi məlumata görə, ölkədə “Malyutka” uşaq qidasının satışını bu şirkət həyata keçirir.


*** 12:22

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Baş Prokurorluq zərərli uşaq qidası ilə bağlı birgə məlumat yayıb.

AQTA-dan "Report"a verilən məlumata görə, Agentliyin 1003 “Çağrı Mərkəzi”nə “Malyutka – 2” əmtəə nişanlı uşaq qidası ilə bağlı daxil olan şikayət əsasında Agentliyin və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən birgə əməliyyat tədbiri həyata keçirilib.
"Veysəloğlu"nun satışa çıxardığı məhsulda yad cisim aşkarlanıb
Araşdırmalar zamanı müxtəlif satış şəbəkələrində “Malyutka-2” əmtəə nişanlı uşaq qidasına baxış keçirilib və məhsulun içərisində istehlak üçün yararsız yad cisimlər aşkar olunub. Laborator müayinələrin aparılması üçün məhsullardan nümunələrin götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratosiyasına göndərilib. Hazırda həmin məhsulların mənbəyinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır.

Sahibkarlardan araşdırmanın nəticəsi məlum olana qədər “Malyutka–2” əmtəə nişanlı uşaq qidalarının satış şəbəkələrindən çıxarılması, vətəndaşlardan isə həmin məhsuldan istifadə etməmələri xahiş olunur.

Araşdırmaların nəticəsinə dair ictimaiyyətə əlavə məlumatlar veriləcək.
"Veysəloğlu"nun satışa çıxardığı məhsulda yad cisim aşkarlanıb
"Veysəloğlu"nun satışa çıxardığı məhsulda yad cisim aşkarlanıb
"Veysəloğlu"nun satışa çıxardığı məhsulda yad cisim aşkarlanıb скачать dle 10.6фильмы бесплатно
4-04-2019, 17:49
Baxıs: 55 200
Reyting: