Dövlət rəsmiləri Bakıda yanğının baş verdiyi əraziyə gəliblər
Dövlət rəsmiləri Bakıda yanğının baş verdiyi əraziyə gəliblər.
Leqal.info-nun “Report”a istinadən xəbər verir ki, hazırda fövqəladə hallar naziri general-polkovnik Kamələddin Heydərov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, daxili işlər nazirinin müavini, general-leytenant Oruc Zalov və digər rəsmilər hadisə yerindədirlər. Hazırda Bakının 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində başlayan yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. |
XƏBƏR LENTİ
Bu gün, 16:36
Bu gün, 14:39
Bu gün, 13:15






