Bayram günlərində metroda ehtiyat işçi qüvvəsi və texniki vasitələr nəzərdə tutulacaq

Novruz bayramı günlərində "Bakı Metropoliteni" QSC fəaliyyətini istirahət günlərinin qrafikinə uyğun quracaq.

QSC-dən Leqal.info-ya verilən məlumata görə, bununla belə, şəhərin müxtəlif guşələrində keçiriləcək bayram şənlikləri, xalq gəzintiləri və paytaxta təşrif buyuracaq qonaqların əsas axın istiqamətlərindən asılı olaraq, stansiyaların fəaliyyəti və qatarların iş rejimində müvafiq dəyişikliklər edilməsi üçün tədbirlər görülüb.

Bununla əlaqədar "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynovun əmrinə uyğun olaraq, tədbirlər planı hazırlanıb.

Sərnişinlərin təhlükəsizliyi və rahatlığını təmin etmək məqsədilə ehtiyat işçi qüvvəsi və texniki vasitələr, xüsusən zərurət yarandığı halda, xəttə çıxmağa hazır olan ehtiyat qatarlar nəzərdə tutulub.

Stansiyaların işçi personalının gücləndirilmiş iş rejimində fəaliyyət göstərməsi üçün əlavə növbətçilik təşkil ediləcək. Eyni zamanda stansiyaların rəhbər heyətinin növbəli iş rejimi tətbiq edilməklə, hər gün üçün növbətçilik planı tərtib olunub.скачать dle 10.6фильмы бесплатно
18-03-2019, 17:10
Baxıs: 48 135
Reyting: