“Erməni hərbçiyə büstün qoyulmasını bitmiş məsələ hesab edirəm"
"Mixail Avaqyana büstün qoyulması Gürcüstan-Azərbaycan münasibətlərinə zərər yetirə bilməz".
Leqal.info-nun "Report"a istinadən verdiyi xəbərə görə, bunu Gürcüstanın parlament çoxluğunun lideri Arçil Talakvadze jurnalistlərə açıqlamasında bildirib. O, ötən gün bu məsələ ilə bağlı fəal müzakirələrin aparıldığını deyib: “Bu, həssas məsələdir və Azərbaycandakı həmkarlarımızda müəyyən narahatlıq yaradıb. Məsələni bitmiş hesab edirəm və mövzunun daha da dərinləşəcəyini gözləmirəm”. Qeyd edək ki, bu il yanvarın 20-də Gürcüstanın Buqaşen qəsəbəsində Axalkalaki bələdiyyəsi tərəfindən Azərbaycan ərazilərinin işğalında iştirak etmiş Mixail Avaqyana büst qoyulub. Bununla bağlı Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov Gürcüstan XİN-də görüş keçirərək, büstün açılmasına etirazını bildirib. Eyni zamanda Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze Azərbaycan XİN-ə dəvət edilərək, iki ölkə arasında mövcud olan ikitərəfli strateji tərəfdaşlıq münasibətlərinin ruhuna cavab verməyən bu halın aradan qaldırılmasına dair təxirəsalınmaz tədbirlərin görülməsi tələb edilib. |
XƏBƏR LENTİ
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
23-04-2024, 08:57
23-04-2024, 08:57
23-04-2024, 08:57
23-04-2024, 08:57