Güclü külək əsəcək
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Leqal.info-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə havanın çiskinli olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 4-6°, gündüz 7-9° isti olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi,lakin gecə bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-7, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 5-10 şaxta, gündüz 2dərəcə şaxtadan 3 dərəcə isti təşkil edəcək. Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, dekabrın 22-23-də Abşeron yarımadasında mövsümə uyğun temperatur rejimi meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, 23-də gündüz arabir güclənən gilavar küləyi bəzi insanlarda narahatlıq hissi yarada bilər. |
XƏBƏR LENTİ
25-07-2026, 13:15
25-07-2026, 13:07
25-07-2026, 12:32
25-07-2026, 12:30
25-07-2026, 10:53
25-07-2026, 10:50
25-07-2026, 10:47
25-07-2026, 10:42
25-07-2026, 10:40
25-07-2026, 10:31






