"Bakcell"in Biznes Tarifi FIRILDAĞI

Azərbaycanda fəaliyyət göstərən mobil operatorların bir neçəsindən vətəndaşlar narazılıq edir. Onlar bu barədə sosial şəbəkələrdə və mətbuatda etirazlarını bildirirlər.

Müştərilərin narazı olduğu mobil operatorlardan biri də "Bakcell”dir. Vətəndaşlar mobil operatorun sosial şəbəkədəki səhifəsində özlərinin razılığı olmadan 4 rəqəmli nömrədən reklam xarakterli sms-lər gəldiyini və balanslarından pul çıxıldığını yazırlar.
Abunəçilər eyni zamanda internetin keyfiyyətindən də narazılıq edirlər. Belə ki, internetin sürəti günün çox saatlarında tarifdə göstəriləndən aşağı olur.
"Bakcell” isə ittihamları hər zaman olduğu kimi qəbul etmir və abonentlərin haqsız olduğunu, 4 rəqəmli reklam sms-lərinə onların özlərinin qoşulduğunu bildirir. Vətəndaşlar isə bunu şirkətin öz soyğunçu əməlinə don geyindirmək kimi qiymətləndirir.

"Leqal.info"-ya bu dəfə Bakcell-in Biznes tarifi və həftəlik 1 manat xidmət haqqı ilə bağlı şikayət daxil olub. Vətəndaş bildirir ki, Biznes tarifində aylıq 9 AZN 10 GB qeyd olunduğu halda 9 AZN ödəniş etdikdən sonra yenidən ismarıc gəlir ki, 0.98 AZN ödəniş tələb olunur ki, 10 GB paketi bərpa olunsun. Digər müştəri isə bildirir ki, hər həftə 1 AZN əlavə xidmət haqqı tutulur. Şikayəti fotofakta əsaslanaraq təqdim edirik.

P.S. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
"Bakcell"in Biznes Tarifi FIRILDAĞI
"Bakcell"in Biznes Tarifi FIRILDAĞIскачать dle 10.6фильмы бесплатно
6-12-2018, 15:08
Baxıs: 56 653
Reyting: