Təhlükəli statistika: 30 min nəfər narkoman var
Son vaxtlar ən qorxulu sosial bəlalardan olan narkotik vasitə istifadəçilərinin say çoxluğu ciddi narahatlıq doğurur.
Milli.Az xəbər verir ki, Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, Respublika Narkoloji Dispanserdə ötən il 30 min nəfər narkotik istifadəçisi kimi qeydiyyata alınıb. Məlumata əsasən, istifadəçilər arasında 18-25 yaş arasında olanlar üstünlük təşkil edir. Təhlükəli bəlaya düçar olan 5 azyaşlı narkotik istifadəçisi də qeydiyyata alınıb, lakin onlar yaşının azlığına görə cinayət məsuliyyətinə cəlb olunmayıblar. Qeyd edək ki, son iki ildə həmin siyahıda qadınların sayında artım müşahidə edilib. |
XƏBƏR LENTİ
Dünən, 16:36
Dünən, 14:39
Dünən, 13:15






