Yeni nazir Göygöldəki obyektləri bağlatdırdı

Göygöl Milli Parkı ərazisində yerləşən restoran və kafelərin əksəriyyəti bağlanıb.

AzEuroNews.com xəbər verir ki, bu barədə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev göstəriş verib.
Yeni nazir Göygöldəki obyektləri bağlatdırdı
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev
Əldə etdiyimiz məlumatda deyilir ki, Göygöl Milli Parkı ərazisində qanunsuz fəaliyyət göstərən çayxana, qutab satılan kiçik obyektlər hamısı bağlanıb. Nazirlik əməkdaşlarının park ərazisində apardığı reyd zamanı onlarla belə obyektin qanunsuz fəaliyyət göstərməsi ilə yanaşı, ətrafı çirkləndirdiyi də müəyyən olunub. Həmin obyektlərdən bəzilərinin sahibi cərimələnib. Bəzi obyekt sahibinə isə, xəbərdarlıq edilib.
Yeni nazir Göygöldəki obyektləri bağlatdırdı
Göygöl Milli Parkı
Məlumat üçün bildirək ki, Göygöl Milli Parkı 2015-ci ilin avqust ayında əhalinin üzünə açılıb. Bundan əvvəl parkın ərazisinə giriş qadağan edilmişdi.скачать dle 10.6фильмы бесплатно
17-06-2018, 16:15
Baxıs: 96 979
Reyting: