Qərargah: Qəbələdə meşə yanğınlarının söndürülməsi əməliyyatı başa çatıb

Bu il avqustun 28-də Qəbələ rayonunun Solquca, Abrıx və Dandıx kəndləri yaxınlığındakı meşə ərazisində başlamış yanğının söndürülməsi əməliyyatı başa çatıb.

Qəbələ rayonunda meşə ərazisində baş vermiş yanğınların söndürülməsi üzrə Əməliyyat Qərargahından Leqal.info-ya bildiriilib ki, yanğın sentyabr 7-də saat 17:00 radələrində söndürülüb.

Ötən günlər ərzində həyata keçirilmiş təxirəsalınmaz və operativ tədbirlər nəticəsində yanğınların yaşayış məntəqələrinə və təsərrüfat sahələrinə keçməsinin qarşısı alınıb, əhali arasında xəsarət alan olmayıb.

Qeyd edək ki, yanğının söndürülməsi əməliyyatına Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Qəbələ Rayon İcra Hakimiyyətinin canlı qüvvəsi və texnikası cəlb edilib.скачать dle 10.6фильмы бесплатно
8-09-2017, 15:15
Baxıs: 443
Reyting: