SOCAR-ın prezidenti haqda Maraqlı FAKTLAR

AFFA prezidentinin “iki min iyirmi” sözünü “iyirmi iyirmi” kimi tələffüz etdiyi video sosial şəbəkələrdə izlənmə rekordları qırmışdı.

Hamının yaxşı tanıdığı, SOCAR və AFFA-nın prezidenti Rövnəq Abdullayev haqqında araşdırma apardıq. İnternetdə dolaşan məlumatları oxuyan zaman şokedici faktlarla rastlaşdıq ki, onlardan bəzilərini sizin diqqətinizə çatdırmaq istəyirik.
Bir müddət ölkə mətbuatının əsas müzakirə səbəbi olan “SOCAR-ı kimlər idarə edir?” mövzusu ətrafında maraqlı məlumatlar tapdıq. Qafqaznews.az saytının hazırladığı araşdırma yazısından məlum olur ki, Rövnəq Abdullayev və onun qohum-əqrəbaları neft səltənətində hörümçək toru yaradıblar.
1. Anar Əliyev Rövnəq Abdullayevin dayısı Nüsrətin oğludur.
2. Anarın qardaşlarından biri Bədəl Əliyev SOCAR Informasiya Texnologiyaları Departamentində (rəis İnayət müəllim, təchizat üzrə müavini Rövnəq Abdullayevin sinif yoldaşı Azər müəllim) satınalmalar üzrə menecer vəzifəsində çalışır.
3. Anarın digər qardaşı Nihad SOCAR-da satış direktoudur.
4. Anarın atası Nüsrət (Rövnəq Abdullayevin dayısı) Neft Emalı zavodunda Qaz sektorunun müdiridir.
5.Anarın əmisi Azad (R. Abdullayevin digər dayısı) Neft Emalı zavodunda Kislorod sektorunun müdiridir.
6. Azadın oğlu Rəsul SOCAR-da mühüm vəzifə daşıyır.
7. Anarın xalası oğlanları Suraxanı OYL Əməliyyat Şirkətinin və Balaxanıneftin rəhbərlərdir.
8. Anarın əminəvələri Ramil və Nail Əliyev qardaşları uyğun olaraq “EKOL”-un rəisi və Neft-Yağ Emalı zavodunun rəisidir.
9.Sonuncu yazıda adı çəkilən Adəm müəllim (Rövnəq Abdullayevn qaynatası
və doğma əmisi) SOCAR-da Demontaj sektorunun rəisidir.
10. Anarın yaxın dostu Vasif müəllim Neft Kəmərləri İdarəsinin rəisidir.
11. Neft Kəmərləri İdarəsinin rəis müvini Fuad müəllim Rövnəq Abdullayevin sinif yoldaşıdır.
12. Anarın qohumu Toğrul Seyidov “SOCAR PETROL”-un prezidentidir.
13. Rövnəq müəllimin bacanağı Mehman SOCAR-ın Təchizat Departamentinin rəisidir.
Bununla yanaşı, bu ilin əvvələrində Rövnəq Abdullayev Şamaxıda keçirdiyi görüşdə rayon sakini onu pərt vəziyyətə salmışdı.
Belə ki, həmin görüş adda “sakinlərlə görüş” olsa da içəri yalnız büdcə təşkilatlarının nümayəndələri buraxılmışdı. Lakin Rövnəq Abdullayevlə görüşə sıravi vətəndaşlardan biri keçmiş və söz alaraq zalda oturanların büdcə təşkilatlarının işçiləri olduğunu Rövnəq Abdullayevin diqqətinə çatdırmışdı. Təxminən bu şəkildə: “Siz vətəndaşlarla, sahibkarlarla görüşə gəlmisiz. Amma burada oturanların hamısı rayonun rəhbər şəxsləri və büdcə təşkilatlarında çalışanlardır. Bunun harası vətəndaşlarla görüş oldu”. Bu sözlərdən sonra həmin şəxs zaldan çıxarılmışdı.

Başqa bir maraqlı hadisə Rövnəq Abdullayevin “Avro 2020” ilə bağlı jurnalistlərə açıqlama verən zaman yaşanmışdı. AFFA prezidentinin “iki min iyirmi” sözünü “iyirmi iyirmi” kimi tələffüz etdiyi video sosial şəbəkələrdə izlənmə rekordları qırmışdı.

Mövzu ilə bağlı araşdırmamız davam edir.

Leqal.infoскачать dle 10.6фильмы бесплатно
2-09-2017, 12:00
Baxıs: 871
Reyting: