Qaradağ rayonunda abadlıq-quruculuq işləri yüksək səviyyədə inkişaf edir

İcra başçısı Qaradağ rayonunu tərəqqiyə aparır

Bu gün paytaxtın ən sürətlə inkişaf edən rayonlarından biri Qaradağ rayonudur. Demək olar ki, Qaradağ rayonunda aparılan yenidənqurma, təmir işləri digər rayonlardan fərqli olaraq daha sürətlə həyata keçirilir. Məhz bu sadalananlara görə Qaradağ rayonu paytaxtın digər rayonlarından fərqlənməyə çalışır. Rəqabət olan yerdə inkişaf olduğu üçün bu, Qaradağ rayonunu tərəqqiyə aparır. Xatırladaq ki, 2005-ci ilin dekabr ayından Azərbaycan Respublikası Prezidentinin Sərancamı ilə Bakı şəhəri Qaradağ Rayonu İcra Hakimiyyətinin Başçısı vəzifəsində çalışan Mikayılov Süleyman Qaradağın yeni inkişaf yoluna qədəm qoyub. Rayonun bütün qəsəbələrində təmir-tikinti, abadlıq və yenidənqurma işləri görünməmiş vüsət alıb. Süleyman Mikayılov vəzifəyə gətiriləndən sonra rayonun əvvəlki vəziyyətindən əsər-əlamət qalmayıb. Rayonda aparılan quruculuq işləri, küçə və yolların, parkların yenidən qurulması rayona əsrarəngiz gözəllik gətirib. Artıq Qaradağ rayonu əvvəlki yaşayış məskənini xatırlatmır. Qaradağ rayon icra başçısının bəzi icra başçılarından fərqləndirən cəhət bu şəxsin işinə qarşı məsuliyyətli olmasıdır. Bəzi icra başçıları kimi dövlətin büdcəsini lazımsız yerlərə xərcləmir. Əksinə rayonun sosial –iqtsadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində əlindən gələni edərək rayonun inkişafına töhfəsini verir. Bütün bunlar da göz önündədir. Süleyman Mikayılovun rayon üçün gördüyü işlərin hamısı rayonun öz daxili imkanları hesabınadır. İcra başçısının əsas hədəflərindən biri Qaradağ rayonunu inkişaf etdirmək, əhalinin sosial durumunu yaxşılaşdırmaqdır. Ona görə də bu gün Qaradağ rayonunda sosial problemlər minimum səviyyədədir. İşsizlik demək olar ki, aradan qaldırılıb. Əhalinin az bir qismi qalıb ki, onların da yaxın zamanlarda işlə təmin olacaqları deyilir. Şübhəsiz ki, bu işlə bağlı hazırda müəyyən işlər görülür. Qısa zaman içərisində Qaradağ rayonu ərazisində yaşayanların sosial problemləri sıfır səviyyəsində olacaq.

Qaradağ rayonunda həyata keçirilən əsaslı yenidənqurma tədbirləri və layihələrin icrası Ələt qəsəbəsində də uğurla davam etdirilir.

Belə ki, qəsəbədə yeni sosial obyektlər tikilir, köhnə binalar əsaslı şəkildə təmir olunur. Yenidənqurma işləri zamanı ümumi görünüşə xələl gətirən tikililər və ya qəzalı vəziyyətdə olan binalar sökülərək müasir tələblər səviyyəsində yeni binalar inşa edilir.
Qəsəbədə çoxmərtəbəli yaşayış evlərinin dam örtüyü və fasad hissəsində yenidənqurma və əsaslı təmir işləri aparılır, yeni abad məhəllələr salınır. Qeyd edək ki, Ələt qəsəbəsində ən müasir səviyyədə təhsil ocaqları tikilib, sosial yönümlü obyektlər müasir səviyyəyə çatdırılıb. Su xətləri, sanitar qovşaqlar da yenilənir. Burda regionun nəhəng infrastruktur layihəsi olan Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi sürətlə davam etdirilir.

Rayonda aparılan abadlıq quruculuq, tikinti bərpa işləri bütün qəsəbələri əhatə etməsi Qaradağda görülən işlərin geniş miqyasından xəbər verir. Abadlıq və quruculuq işləri Qobustan qəsəbəsini də əhatə edir.

Qəsəbədə bir çox küçələr boyunca yerləşən binaların və parkların müasir və zövq oxşayan forma və üslubda yenidənqurulma işləri davam etdirilir.
Qəsəbədə yeni parklar salınır, yaşayış binalarının dam örtüyü təzələnir. Yol kənarlarında yeni parklar və yaşıllıqlar salınır.

Abadlıq işləri rayonun Qızıldaş qəsəbəsində də aparılır. Qəsəbədə yaxın vaxtlarda istifadəyə verilən abad məhəllə və yeni parkın salınmasını sakinlər sevinclə qarşılayır. Hazırda qəsəbədə torpaqlarımızın bütövlüyü uğrunda qəhrəmancasına həlak olan şəhidlərimizin xatirəsinə həsr edilən parkın tikintisi sürətlə davam etdirilir.

Korgöz qəsəbəsi də abadlıq işləri geridə qalmır. Burada da yeni sosial tikililərin inşasını, parkların salınmasını sakinlər razılıqla qarşılayır. Qəsəbədə uşaqlar üçün meydançanın tikintisi aparılır.

Diqqət çəkən məqam odur ki, son 6 ildə 7 abad məhəllə, 9 xeyir şər evi sakinlərin istifadəsinə verilib.

Dövlət Başçısının tapşırığına uyğun olaraq Qaradağ rayonunda da köhnə binaların yerində müasir evlərin inşası üzrə pilot layihələr icra edilir. Pilot layihə formatında Qaradağ rayonunun Lökbatan qəsəbəsinin Seymur Orucov və 28 May küçələrində qəzalı vəziyyətdə olan taxta qamış konstruksiyalı binaları sökülərək yerində 8 bina olmaqla yeni çoxmənzilli binaların inşası işləri davam etdirilir. Prezident İlham Əliyevin ölkəyə xarici investorların cəlb edilməsi ilə bağlı verdiyi tapşırığa əsasən işlər davam etdirilir.

Onu da qeyd edək ki, son 7 ildə Qaradağ rayonunda Dövlət Proqramı icrası və Heydər Əliyev Fondunun dəstəyi ilə bir çox layihələr həyata keçirilib, minlərlə iş yerləri açılıb.


Məlumat üçün bildirəki ki, Süleyman Surxay oğlu Mikayılov 1962-ci ildə aprelin 27-də anadan olub. 1979-ci ildə Naxçıvan şəhər 2 saylı orta məktəbini, 1984-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu və 2004-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirmişdir.

1979-cu ildə Naxçıvan şəhər Uşaq idman məktəbində məşqçi kimi əmək fəaliyyətinə başlayıb. 1984-1994-cü illərdə Naxçıvan şəhər orta ixtisas musiqi məktəbində bədən tərbiyəsi rəhbəri, 1994-1995-ci illərdə «Səma» kiçik müəssisəsinin direktoru işləyib.

1995-1999-cu illərdə Bakı Baş Gömrük İdarəsinin Qaçaqmalçılıq və Gömrük Qaydalarının Pozulmasına Qarşı Mübarizə şöbəsinin rəisi, idarə rəisinin birinci müavini, idərənin rəisi vəzifələrində çalışıb.

1999-2001-ci ildə Dövlət Gömrük Komitəsinin İşlər İdarəsi rəisinin müavini, bir müddət Vergilər Nazirliyinin Operativ Nəzarət İdarəsinin rəisi işləyib.

2005-ci ilin dekabr ayınadək Yardımlı Rayon İcra Hakimiyyətinin, 21 dekabr 2005-ci il tarixindən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı olub.

Azərbaycan Respublikası Prezidentinin 04 mart 2010-cu il tarixli Sərəncamı ilə Qaradağ Rayon İcra Hakimiyyətinin Başçısı təyin edilib.

2003-cü ildən Azərbaycan Respublikası Boks Federasiyasının vitse prezidentidir.

Ailəlidir, iki övladı var.
Qaradağ rayonunda abadlıq-quruculuq işləri yüksək səviyyədə inkişaf edir
Qaradağ rayonunda abadlıq-quruculuq işləri yüksək səviyyədə inkişaf edir
Qaradağ rayonunda abadlıq-quruculuq işləri yüksək səviyyədə inkişaf edir
Qaradağ rayonunda abadlıq-quruculuq işləri yüksək səviyyədə inkişaf edir
Qaradağ rayonunda abadlıq-quruculuq işləri yüksək səviyyədə inkişaf edir
Leqal.infoскачать dle 10.6фильмы бесплатно
26-08-2017, 16:00
Baxıs: 1 131
Reyting: