Bayram günlərində hava necə olacaq?

Bayram günlərində, iyunun 15-16-17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 15-i səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 31-36 dərəcə isti olacaq.



Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.



Bölgələrə gəldikdə isə iyunun 15-16-da əsasən dağlıq və dağətəyi rayonlarda, 17-də isə bəzi bölgələrdə arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, mülayim şərq küləyinin əsəcəyi gözlənilir.



Naxçıvan MR-da 15-16-17 iyun tarixlərində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək, gecə və səhər arabir duman olacaq. Havanın temperaturu gecə 18-23, gündüz 31-36 dərəcə isti olacaq. Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy, Göygöl rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı, qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur. Gecə və səhər arabir duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 9-14, gündüz 18-23, bəzi yerlərdə 25-28 dərəcə isti olacağı gözlənilir.



Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı, qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur. Gecə və səhər arabir duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-14, gündüz 18-23, bəzi yerlərdə 25-30 dərəcə isti olacaq.



Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalan, Füzuli rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər arabir duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 17-22, gündüz 32-37 dərəcə isti olacağı gözlənilir.



Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Ağdaş, Mingəçevir rayonlarında arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur. İyunun 15-i axşam yağıntıda qısamüddətli fasilə olacaq. Gecə və səhər arabir duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 28-33 dərəcə isti olacaq.



Quba, Qusar, Siyəzən, Şabran, Xaçmaz rayonlarının bəzi ərazilərində arabir yağış yağacağı, qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Yağıntılar axşama doğru tədricən kəsiləcək. Gecə və səhər arabir duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 15-18, gündüz 24-29, dağlarda gecə 7-10, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.



Ağsu, Şamaxı, İsmayıllı, Qobustan rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin 15-i gecə və səhər, 17-si gündüz bəzi yerlərdə fasilələrlə yağış yağacağı, qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər arabir duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 27-32 dərəcə isti olacaq.



Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin 15-i gecə və səhər, 17-si gündüz bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 32-37 dərəcə isti olacağı gözlənilir.



Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabad rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur. Gecə və səhər arabir duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-24, gündüz 31-36, dağlarda gecə 18-20, gündüz 25-29 dərəcə isti olacaq.

Tarix: 14 İyun 2024, 12:09скачать dle 10.6фильмы бесплатно
14-06-2024, 13:14
Baxıs: 540
Reyting: