Naxçıvan Şəhər İcra Hakimiyyətində kadr dəyişikliyi oldu

Naxçıvan Şəhər İcra Hakimiyyətində kadr dəyişikliyi olub.

Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Pencalı Yaqub oğlu Hüseynov və Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Səfər Siyafər oğlu Əhmədov vəzifəsindən azad ediliblər.

Bununla bağlı Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı sərəncam imzalayıb.

İcra hakimiyyəti başçısının digər sərəncamı ilə Əhməd Zöhrab oğlu Vəliyev Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin olunub.скачать dle 10.6фильмы бесплатно
2-08-2023, 17:11
Baxıs: 175
Reyting: