ANAMA işçi axtarır![]() Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad olunmuş ərazilərdə mexanik (ali təhsilli olmalı), qaynaqçı, avtoelektrik, vulkanizator vəzifələrində işləmək istəyənlər üçün sənədlərin qəbulunu elan edib. Bu barədə KONKRET.az-a ANAMA-dan məlumat verilib. Bildirilib ki, çalışdığı müddət ərzində işçinin səmərəli fəaliyyətinə görə mükafatların verilməsi nəzərdə tutulub. Maraqlananlar aşağıda göstərilən sənədləri [email protected] ünvanına göndərməlidir. müvafiq vəzifəyə sənədlərin təqdim olunmasına dair ərizə; şəxsiyyət vəsiqəsinin surəti; təhsilə dair sənədlərin surəti (attestat, diplom, sertifikat, arayış və s.); əmək kitabçasının surəti (olduğu halda). Sənəd qəbulu cari ilin 15 iyun tarixinədək həyata keçiriləcək. Seçim zamanı işğaldan azad olunmuş ərazilərdən məcburi köçkün olan şəxslərin namizədliyinə üstünlük veriləcək. |
XƏBƏR LENTİ
Dünən, 21:52
Dünən, 18:47
Dünən, 18:44
Dünən, 12:30
Dünən, 10:40
Dünən, 10:27




































