Məktəblər sentyabrın 1-i açılacaq? - RƏSMİ CAVAB

Məktəblər sentyabrın 1-i açılacaq? - RƏSMİ CAVAB

Elm və təhsil naziri Emin Əmrullayevin bir neçə gün öncə səsləndirdiyi bir fikir geniş müzakirə mövzusuna çevrilib. Söhbət məktəblərdə dərslərin sentyabrın 1-i başlamasından gedir.

Mövzuya münasibət bildirən təhsil eksperti Kamran Əsədov “Xəzər Xəbər”ə deyib ki, dərslərin sentyabrın 15-dən deyil, 1-dən başlamasını təmin etmək lazımdır.

Ekspertin fikrincə, dünya ölkələrində dərslər havanın temperaturuna uyğun şəkildə başlayır. Bu səbəbdən də ölkəmizdə dərslər sentyabrın 1-i başlamalı və mayın 31-i bitməlidir. Çünki Azərbaycanda sentyabrın 1-i ilə 15-i arasındakı hava temperaturu, iyun ayının 1-dən 14-ə qədər olan temperturla eyni deyil.

Kamran Əsədov əlavə edib ki, dərslərin sentyabrın 1-i başlaması həm də 34 həftəlik dərs yükünün tam şəkildə təşkil edilməsinə şərait yaradacaq.

“Qəbul imatahanlarının mart ayında keçirildiyini nəzərə alsaq, bu həm də şagirdlərə imatahan üçün əlavə 2-3 həftə qazandıracaq. Bu qərarın qəbul olunması həm də maliyyə problemlərini də aradan qaldıracaq”,- deyə ekspert bildirib.

Qeyd edək ki, nazir Emin Əmrullayev bugünlərdə çıxışı zamanı təhsil işçisi kimi məktəblərdə tədrisin sentyabrın 1-dən başlamasını daha uyğun hesab edib. Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə müraciət etdik. Nazirlikdən bildirildi ki, hazırda bu prosesin dəyişdirilməsi müzakirə olunmur.скачать dle 10.6фильмы бесплатно
22-05-2023, 09:54
Baxıs: 148
Reyting: