Yüksək vəzifələrdə çalışmış millət vəkilləri – ARAŞDIRMA

Yüksək vəzifələrdə çalışmış millət vəkilləri – ARAŞDIRMA

Milli Məclisin 6-cı çağırış deputatlarından bir çox əvvəllər bir çox dövlət qurumlarında məsul vəzifələrdə çalışıblar. Onların içərisində əvvəllər baş, nazir kimi yüksək vəzifələr tutmuş şəxslər də var.
 Bizim.Media əvvəllər dövlət qurumlarında yüksək vəzifələrdə çalışmış deputatları araşıdıb.

Fəzail Ağamalı

6 çağırışdır Milli Məclisin deputatı olan Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı 1992-ci ildə Azərbaycan Respublikası sosial təminat nazirinin müavini, 1993– 1994-cü illərdə əmək və əhalinin sosial müdafiəsi nazirinin birinci müavini və naziri əvəzi olub.

Vahid Əhmədov

Son 4 çağırış üzrə deputat seçilən bitərəf deputat Vahid Əhmədov 1992–1993-cü illərdə Azərbaycan Respublikası Baş nazirinin müavini, sonra birinci müavini olub.

Sabir Hacıyev

Vətəndaş Birliyi Partiyasının sədri Sabir Hacıyev 1988-ci ildən respublika prokurorunun köməkçisi, Nazirlər Soveti Hüquq şöbəsinin müdiri vəzifələrində çalışıb. 1990–1992-ci illərdə Azərbaycan Respublikası Prezidenti Aparatının Dövlət-hüquq şöbəsinin müdiri, Azərbaycan Respublikasının hüquq siyasəti üzrə dövlət müşaviri olub.

Hicran Hüseynova

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova 1999–2003-cü illərdə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri, 2006–2020-ci illərdə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifələrində çalışıb.

Eldar İbrahimov

1988-ci ildən Naxçıvan MSSR Nazirlər Soveti sədrinin birinci müavini – Dövlət Aqrar-Sənaye Komitəsinin sədri və Vilayət Partiya Komitəsinin büro üzvü, 1991-ci ildən Standartlar və Metrologiya Mərkəzinin direktoru, 1993–1995-ci illərdə Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini – Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsinin sədri vəzifələrində çalışıb.

Tahir Kərimli

İxtisasca hüquqşünas olan Vəhdət Partiyasının sədri 1987–1992-ci illərdə İsmayıllı rayonunun xalq hakimi vəzifələrində çalışıb. 1992–1993-cü illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri olub.

Aqil Məmmədov

2006–2013-cü illərdə Kəlbəcər Rayon İcra Hakimiyyəti Aparatının böyük referenti, İcra Hakimiyyəti başçısının birinci müavini vəzifələrində çalışmışdır. 2013–2020-ci illərdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı olub.

Elman Məmmədov

124 saylı Şuşa-Ağdam-Xocalı- Xocavənd seçki dairəsindən seçilmiş deputat 1991–2000-ci illərdə Xocalı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Əli Məsimli

1991–1992-ci illərdə Azərbaycan Respublikası Prezidenti Aparatının İqtisadiyyatın idarə edilməsinin təşkili şöbəsinin bölmə müdiri, Sosial-iqtisadi inkişaf şöbəsinin baş məsləhətçisi, 1992–1993-cü illərdə Azərbaycan Respublikası Xarici İnvestisiyalar Komitəsinin sədri, Azərbaycan Respublikası Baş nazirinin birinci müavini, Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsinin sədri, Baş nazir əvəzi, iqtisadiyyat naziri vəzifələrində çalışıb.

Sabir Rüstəmxanlı

Vətəndaş Həmrəyliyi Partiyasının sədri olan S. Rüstəmxanlı 1991-ci ildən Azərbaycan Respublikası Dövlət Mətbuat Komitəsinin sədri, 1992−1995-ci illərdə mətbuat və informasiya naziri vəzifələrində çalışıb.

Vasif Talıbov

1991-ci ildən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin baş köməkçisi, 1994-cü ildən Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini vəzifələrində çalışıb. V. Talıbov 1995-2022-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədridir.скачать dle 10.6фильмы бесплатно
24-01-2023, 11:22
Baxıs: 69
Reyting: