Bu gün Azərbaycanda vəkillərin peşə bayramıdır

Bu gün Azərbaycanda vəkillərin peşə bayramıdır

Bu gün Azərbaycanda vəkillərin peşə bayramı günüdür.

 Prezident İlham Əliyevin 2019-cu il dekabrın 25-də imzaladığı “Vəkil günü” peşə bayramının təsis edilməsi haqqında Sərəncamına əsasən, hər il dekabrın 28-i ölkəmizdə bu gün qeyd olunur.

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası qeyri-dövlət, müstəqil, özünüidarə edən və bütün vəkillərin daxil olduğu təşkilatdır. Kollegiya Azərbaycan SSR-nin 1980-ci il 13 noyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan SSR vəkilliyi haqqında Əsasnamə” ilə fəaliyyət göstərmiş Vəkillər Kollegiyasının hüquqi varisidir. 2004-cü il noyabrın 3-4-də Bakı şəhərində təsis yığıncağı keçirilərək Azərbaycan Respublikasının yeni Vəkillər Kollegiyası yaradılıb.

Vəkillər Kollegiyasının əsas vəzifəsi hər bir şəxsin hüquq və azadlıqlarının, qanunla qorunan mənafelərinin müdafiə edilməsindən, onlara peşəkar, yüksək keyfiyyətli, vicdanlı hüquqi yardım göstərilməsini təmin etməkdən, vəkillik peşəsinin nüfuzunu yüksəltməkdən ibarətdir.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşkili və fəaliyyəti “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu və ona müvafiq olaraq qəbul edilmiş Vəkillər Kollegiyasının Nizamnaməsi ilə müəyyən edilir.скачать dle 10.6фильмы бесплатно
28-12-2022, 11:24
Baxıs: 569
Reyting: