Azərbaycanda bu general rütbəsindən məhrum edildi - YENİLƏNDİ

Azərbaycanda bu general rütbəsindən məhrum edildi - YENİLƏNDİ

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev və onun ailə üzvlərinin adına rəsmiləşdirilmiş əmlaklar müsadirə olunub.

Bu barədə Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə bu gün keçirilən iclasda elan olunmuş hökmdə qeyd olunub.

Üzərinə həbs qoyulmuş əmlakların dövlət nəfinə müsadirə olunacağı bildirilib.

Məhkəmənin hökmü ilə Mövlam Şıxəliyevin general-mayor rütbəsi də alınıb.

***

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şixəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi ilə bağlı məhkəmə araşdırması başa çatıb.

Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Mövlam Şıxəliyev 12 il azadlıqdan məhrum olunub.

APAскачать dle 10.6фильмы бесплатно
21-09-2022, 12:15
Baxıs: 414
Reyting: