Rasim Balayev xəstəxanaya yerləşdirilib, yenidən əməliyyat olunub
Azərbaycanın Xalq artisti, məşhur aktyor Rasim Balayevin səhhətində problemlər yaranıb.
Bunu Leqal.info-ya açıqlamasında Xalq artisti özü bildirib. O deyib ki, hazırda xəstəxanada müalicə alır. “Ötən gün əməliyyat olundum. Mədəmdə polip vardı, həkimlər onu götürdülər. Hazırda yaxşıyam. Bu gün son yoxlanışlardan keçib, evə buraxılacam”. Qeyd edək ki, R.Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olub. Xalq artisti iki ay əvvəl səhhətində yaranan narahatlığa görə, uroloji əməliyyat olmuşdu. |
XƏBƏR LENTİ
Dünən, 08:01
Dünən, 07:59
Dünən, 07:57
Dünən, 07:51
Dünən, 07:36





































